Mövsümün simvolik “11-li”yi – La Liqada
25.05.2021 - 15:48
Mövsümün simvolik “11-li”yi – La Liqada

İspaniya La Liqasında 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, simvolik “11-liy”ə ən çox “Atletiko”nun futbolçuları düşüb.

Mövsümü çempion kimi başa vuran Madrid təmsilçisinin 5 üzvü rəmzi komandada yer alıb. Digər nəhənglərdən “Real” 3 oyunçu ilə təmsil olunubsa, “Barselona”dan yalnız kapitan Lionel Messi heyətdə özünə yer edə bilib.

Qapıçı: Yan Oblak (“Atletiko”)
Mərkəz müdafiəçiləri: Stefan Saviç, Mario Ermoso (hər ikisi “Atletiko”)
Sol cinah müdafiəçisi: Ferlan Mendi (“Real”)
Sağ cinah müdafiəçisi: Xesus Navas (“Sevilya”)
Orta sahə oyunçuları: Markos Lyorente (“Atletiko”), Luka Modriç (“Real”)
Pleymeyker: Lionel Messi (“Barselona”)
Hücumçular: Jerard Moreno (“Vilyarreal”), Luis Suares (“Atletiko”), Kərim Benzema (“Real”).