Mövsümün simvolik "11-liy"i və... - Premyer Liqamızda
22.12.2019 - 15:20
Mövsümün simvolik "11-liy"i və... - Premyer Liqamızda

Azərbaycan Premyer Liqasının cari mövsümündə keyfiyyət istənilən səviyyədə olmasa da, fərdi baxımdan özünü müsbət tərəfdən göstərən futbolçular var.

Apasport.az saytının məlumatına görə, təxminən 30-a yaxın oyunçu normadan bir qədər yüksək performans ortaya qoydu.

Futbolçular bir-birilərindən kəskin şəkildə fərqlənmədiyindən, mövsümün ilk iki dövrəsinin ən yaxşı "11-liy"ini və onların ehtiyat qüvvəsini seçmək asan olmadı. "Neftçi"dən Stiven Jozef-Monroz, "Keşlə"dən Slavik Alxasov, Tural Bayramlı, Vüsal İsgəndərli, "Sumqayıt"dan Camaladdin Xocaniyazov, "Qəbələ"dən Merab Qiqauri, "Səbail"dən isə Turan Manafov və Ağabala Ramazanov 22 nəfərlik simvolik komandaya düşməsə də, onların adını çəkməmək doğru olmazdı.

O ki qaldı rəmzi "11-liy"ə, futbolçuların performansı və mövqeyi baxımından start heyətini 3-5-2, ehtiyat qüvvəni isə 5-3-2 sisteminə uyğun müəyyənləşdirdik.

Cari mövsüm iki qapıçı digərlərindən aşkar şəkildə fərqləndi. "Qarabağ"ın qolkiperi Asmir Beqoviç və onun "Keşlə"dəki həmkarı Stanislav Namaşko etibarlı çıxışı ilə diqqət çəkdi. Ancaq meydanda olduğu 10 matçda cəmi 5 top buraxan Beqoviçi əsas heyətə layiq gördük.

Komandalarda ən uğurlular müdafiəçilər olduğundan, arxa xətlə bağlı seçim asan olmadı. "Qarabağ"ın avrokubokdakı iştirakı səbəbindən çempionat matçlarında müntəzəm rotasiyalar edildiyindən, çox az futbolçu stabil oyun göstərə bildi. Bu mənada "Neftçi" və "Keşlə" müdafiəçilərinin üstünlük təşkil etməsi təsadüfi deyil.

Yarımmüdafiəçilərdən Elvin Camalov və Con Kamara komandalarında dağıdıcı funksiyasını məharətlə yerinə yetirdilər. Yaradıcılıq baxımından isə Riçard Almeyda, Əmir Ağayev və Fernan Lopez digərlərindən seçilirdi.

Hücum oyunçularından çempionatın bombirdirləri Lorenzo Frutos və Peyman Babayi ilk "11-liy"ə layiq çıxış etdilər. "Qəbələ"li Davit Volkov və "Zirə"li Xulio Sezar Rodriges onlara ən layiqli əvəzləyicidir.

Ən yaxşı "11-lik":
Asmir Beqoviç ("Qarabağ"): 10 oyun, 900 dəqiqə, -5 qol, 1 sarı vərəqə
Franko Flores ("Keşlə"): 13 oyun, 1170 dəqiqə, 1 qol, 4 sarı vərəqə
Anton Krivotsyuk ("Neftçi"): 10 oyun, 899 dəqiqə, 2 qol, 1 sarı, 1 qırmızı vərəqə
Vojislav Stankoviç ("Neftçi"): 12 oyun, 1055 dəqiqə, 3 sarı vərəqə
Elvin Camalov ("Zirə"): 13 oyun, 1169 dəqiqə, 3 sarı vərəqə
Con Kamara ("Keşlə"): 14 oyun, 1260 dəqiqə, 2 sarı vərəqə
Riçard Almeyda ("Qarabağ"): 14 oyun, 1051 dəqiqə, 1 qol, 3 sarı vərəqə
Əmir Ağayev ("Sumqayıt"): 13 oyun, 1163 dəqiqə, 3 qol, 4 sarı vərəqə
Fernan Lopes ("Qəbələ"): 13 oyun, 1060 dəqiqə, 2 qol, 7 sarı vərəqə
Lorenzo Frutos ("Keşlə"): 13 oyun, 1105 dəqiqə, 6 qol
Peyman Babayi ("Sumqayıt"): 14 oyun, 951 dəqiqə, 6 qol, 3 sarı vərəqə

Ehtiyat qüvvə:
Stanislav Namaşko ("Keşlə"): 14 oyun, 1260 dəqiqə, -12 qol, 2 sarı vərəqə
Miyusko Boyoviç ("Keşlə"): 13 oyun, 1105 dəqiqə, 1 qol, 1 sarı vərəqə
Bəhlul Mustafazadə ("Sabah"): 13 oyun, 1159 dəqiqə, 2 sarı, 1 qırmızı vərəqə
İvitsa Juniç ("Qəbələ"): 11 oyun, 990 dəqiqə, 3 sarı vərəqə
Şəhriyar Əliyev ("Sumqayıt"): 13 oyun, 1153 dəqiqə, 5 sarı vərəqə
Alvaro Ampuero ("Zirə"): 12 oyun, 1051 dəqiqə, 2 sarı vərəqə
İsmayıl İbrahimli ("Qarabağ"): 11     oyun, 848 dəqiqə, 4 qol, 1 sarı, 1 qırmızı vərəqə
Abdullah Zubir ("Qarabağ"): 13 oyun, 843 dəqiqə, 3 qol, 1 qırmızı vərəqə
Emin Mahmudov ("Neftçi"): 13 oyun, 1157 dəqiqə, 3 qol, 6 sarı vərəqə
Xulio Sezar Rodriges ("Zirə"): 11 oyun, 818 dəqiqə, 4 qol
Davit Volkov ("Qəbələ"): 14 oyun, 1182 dəqiqə, 5 qol, 1 sarı vərəqə