“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasında mövsümün əvvəlini buraxacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb 23 yaşlı forvardın İngiltərə millisinin heyətində AVRO-2020-də zədəsini yeniləməsidir.
Çiynində ağrıları olan oyunçu əməliyyata ehtiyac duyur. Dünən aparılan tibbi müayinədən sonra həkimlər bir daha əməliyyatın vacibliyini vurğulayıblar. Lakin bu, avqustda baş tutacaq. Əməliyyatdan sonra Reşford təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq və yalnız oktyabrın sonlarında kollektivə qoşulacaq.
Qeyd edək ki, Markus Reşfordun ötən mövsüm çiynində ağrıları olsa da, futbolçu ağrıkəsici iynələrin köməyi ilə oyunlarda meydana çıxıb.