Mərakeş Futbol Federasiyası hakim Hişam Tiazi ilə bağlı sərt qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, milli çempionatın oyunu zamanı kobud səhvlərə yol verən referi ağır cəzalanıb.
Ötən həftəsonu baş tutan X turun oyununda “Olimpik Huribqa” “Yussufiya Berrehid”i darmadağın edib – 4:1. Qalib komanda qollardan üçünü penaltidən vurub. Hakimlər Komitəsi ədalət təmsilçisinin bir sıra kobud səhvlərə yol verdiyini açıqlayıb. Matçın nəticəsinə təsir edən xətalar isə referiyə ağır başa gəlib.
O, ömürlük futboldan kənarlaşdırılıb. Buna H.Tiazinin bir matçda 4 penalti təyin etməsinə səbəb olub. Referi eyni komandanı üç dəfə cəzalandırıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı