Məşqə 200 minlik avtomobillə gəldi - Ronaldo
08.09.2021 - 13:22
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo yeni komandasının heyətində məşqlərini davam etdirir.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu bugünkü hazırlıq prosesinə öz “Lamborcini”si ilə gəlib.
Ronaldo bahalı avtomobillərin həvəskarı kimi tanınır. Onun məşqə gəldiyi avtomobilin qiyməti 200 min avrodur.
Bu, 36 yaşlı forvardın Mançester təmsilçisində ikinci məşqidir. Kriştiano ilk hazırlığını dünən gerçəkləşdirib.
Qeyd edək ki, futbolçunun kolleksiyasında 1,6 milyon avroluq “Ferrari” də var.
0
0