Sabiq futbolçuların demensiya sindromundan ölmə riskinin çox olması Şotlandiya Futbol Federasiyasını radikal qərara vadar edib.
Apasport.az saytının məlumatına görə, şotlandlar 12 yaşdan kiçik uşaqların məşq zamanı topa başla vurmalarına qadağa qoyublar.
Bununla Şotlandiya ABŞ-dan sonra dünyada ikinci, Avropada isə ilk ölkə olaraq belə qərar qəbul edib. Məsələ burasındadır ki, Qlazqo Universitetindəki araşdırmaya görə, veteran futbolçular yaşıdları ilə müqayisədə 3,5 qat çox demensiya sindromuna yaxalanmaq riski daşıyırlar. Yerli futbol federasiyası da bunu araşdıran alimlərlə məsləhətləşmələrdən sonra yeniyetmələrin topa başla təmasını məhdudlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, demensiya yaddaşın zəifləməsi, vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı