Müller Premyer Liqa klublarının hədəfində
28.01.2022 - 09:56
Müller Premyer Liqa klublarının hədəfində

“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın iki klubu 32 yaşlı almaniyalının xidmətində maraqlıdır.

“Nyukasl” və “Everton” təcrübəli futbolçunu heyətində görmək istəyir. Müllerin “Bavariya” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. İngiltərə təmsilçiləri onun keçidi üçün xərcə düşməyə də hazırdır.

Qeyd edək ki, Tomas 2007-ci ildən əsas komandasına qoşulduğu “Bavariya”nın akademiyasının yetirməsidir.