Müller yeni müqaviləyə yaxındır
13.04.2022 - 23:05
“Bavariya” yarımmüdafiəçisi Tomas Müllerlə yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa klubunun sədri Oliver Kan açıqlayıb.
O bildirib ki, tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir: “Biz Müllerlə danışıqlar aparırıq. Müzakirələr müsbət məcrada irəliləyir. Onun komandada qalacağına inamımız böyükdür”.
Qeyd edək ki, 32 yaşlı hücumameylli oyunçunun “Bavariya” ilə hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
0
0