Mundualdan kənar qaldığı üçün istefa verdi
30.03.2022 - 11:34
Mundualdan kənar qaldığı üçün istefa verdi

Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Portuqaliyalı mütəxəssis seçmə mərhələnin pley-offunda Seneqala məğlubiyyətdən sonra postundan ayrıldığını açıqlayıb: “Xəyal gerçəkləşmədi. Hər şeyi etməyə çalışdıq, amma kifayət olmadı. Bütün oyunçulara və Misir Futbol Assosiasiyasına təşəkkürümü bildirirəm. Siz mənim qəlbimdə əbədi qalacaqsınız”.

Qeyd edək ki, Karluş Keyruş ötən ilin sentyabrında Misir millisinin sükanı arxasına keçib. Komanda pley-offa qədər irəliləsə də, həlledici görüşdə Seneqala penaltilər seriyası ilə məğlub olub.
 

0