Müqavilə imzaladı, başqa vəzifəyə keçdi - baş məşqçi
29.06.2021 - 16:00
Müqavilə imzaladı, başqa vəzifəyə keçdi - baş məşqçi

Dortmund “Borussiya” klubu baş məşqçisi Edin Terziçlə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis 2025-ci ilədək klubda çalışacaq.

Lakin Terziç Almaniya klubunun baş məşqçisi vəzifəsini tərk edib. O, “Borussiya”da yeni vəzifədə fəaliyyət göstərəcək. Terziç klubun texniki direktoru təyin olunub.