Namik Ələskərovun qiyməti
13.01.2022 - 15:12
Namik Ələskərovun qiyməti

Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun “Busaspor”dakı çıxışına qiymət verilib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 27 yaşlı forvardın debüt mövsümündəki performansı qənaətbəxş sayılıb.

Bildirilib ki, TFF I Liqa təmsilçisinin ötən ilin yayında heyətinə qatdığı 8 əcnəbidən 4-ü sınaqdan üzüağ çıxa bilib ki, onlardan biri də həmyerlimizdir: “Luka Kapan, Massimo Brunov və Namik Ələskərov digər transferlərdən fərqləndi. Ancaq onlar da “Bursaspor”u hədəfinə daşıya bilmədilər”.

Qeyd edək ki, bu mövsüm çempionatda 16 matçda iştirak edən Namik 4 qol və 4 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar ikinci futbolçusudur.