Namik Ələskərovun komandasının oyunu dayandırıldı - SƏBƏB
23.01.2022 - 21:08
Namik Ələskərovun komandasının oyunu dayandırıldı - SƏBƏB

Azərbaycan futbolçuları Namik Ələskərovla Vüsal İsgəndərli Türkiyə çempionatının 1-ci liqasında növbəti matçlarına çıxıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz XXII turun iştirakçısı olublar.

Namikin çıxış etdiyi “Bursapor”un oyunu başa çatdırılmayıb.  Bursalılar “Eyüpspor”un qonağı olub. Uğursuz mövsüm keçirən bursalılar ilk yarıda hesabda geri düşüblər – 0:1.

Lakin güclü qar səbəbindən matçı davam etdirmək mümkün olmayıb. Hakimlər görüşü 16-cı dəqiqədə saxlamaq məcburiyyətində qalıb. Qarşılaşma sabah davam etdirilməlidir. Start heyətdə meydana çıxan Ələskərov qarşılaşma dayandırılana kimi oyunda olub.

İsgəndərlinin şərəfini qoruduğu “Keçiörəngücü” səfərdə “Adanaspor”la qarşılaşıb. Təmsilçimiz start heyətində çıxdığı oyunun 78-ci dəqiqəsində əvəzlənib. Onun komandası rəqib meydanında 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 21 oyun keçirən “Keçiörəngücü” 26 xalla 11-ci, “Bursaspor” 20 xalla 17-ci yerdə qərarlaşıb.