Namikli “Bursaspor”dan qolsuz sülh
19.04.2022 - 21:00
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 1-ci liqa təmsilçisi “Bursaspor”un formasını geyinən təmsilçimiz “Gənclərbirliyi” ilə ev matçında iştirak edib.
Namik bu qarşılaşmaya start heyətində çıxıb. O, görüşün 69-cu dəqiqəsində əvəzlənib.
Matç 0:0 hesabı ilə başa çatıb. 31 oyundan sonra hesabında 32 xal olan “Bursaspor” 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.
0
0