![Neymarı qaytarmayacaq – prezidentliyə namizəd](https://apasport.az/storage/news/2020/november/16/big/1605550069882_vpeoasjH.jpeg)
“Barselona”da prezidentliyə namizədlərdən olan Viktor Font planları barədə danışıb.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri 2017-ci ildə PSJ-yə satılan hücumçu Neymarı qaytarmaq barədə düşünmədiyini söyləyib.
O, prezident seçiləcəyi təqdirdə, braziliyalını transfer etməyəcəyini vurğulayıb: “Neymar mənim planlarımın bir hissəsi deyil. Bunun kluba qarşı məhkəmə prosesi və mövsümün startına bir neçə gün qalmış komandanı çətin vəziyyətdə tərk etməsi kimi səbəblərlə əsaslandıra bilərəm. Bəli, idman baxımından Neymar bizə yaraşardı, amma maddi baxımdan deyil. Bizdə idman direktoru və komandası transferlərdən cavabdeh olacaq”.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri 2021-ci il yanvarın 24-də keçiriləcək.