Neymarın gizli məhəbbəti – Safarova - FOTOSESSİYA
15.01.2020 - 17:45
Neymarın gizli məhəbbəti – Safarova - FOTOSESSİYA

Braziliya milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Neymarın gizli məhəbbəti üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun bir müddət rusiyalı modellə görüşdüyünün üstü açılıb.

Bu, Katerina Safarovadır. Neymarla model bir müddət yaxın münasibətlərdə olsalar da, bunu gizli saxlayıblar.

Lakin İspaniya televiziyalarından birində yayımlanan şou proqramda “Barselona”nın sabiq futbolçusunun Katerina məhəbbətindən danışılıb. Bir müddət əvvəl 21 yaşlı xanım Neymarın ad gününü qeyd etmək üçün Parisə də yollanıb.