Avropada son zamanlar yaşanan irqçi davranışlara daha biri əlavə olunub.
Apasport-un məlumatına görə, bu dəfə analoji Niderlandda yaşanıb.
Eerste Divisie Ligasında "Den Boş" - "Ekselsior" matçının 28-ci dəqiqəsində tərəfdarlar qonaq komandanın futbolçusu Əhməd Mendes Moreyranın ünvanına irqçi şüarlar səsləndiriblər. Moreyra olaya biganə qala bilməyib, göz yaşı axıdıb. Hakim isə oyunu dayandırıb və komandalar paltardəyişmə otağına yollanıblar.
Ancaq bir qədər fasilədən sonra oyun qaldığı yerdən davam etdirilib. Mendes 44-cü dəqiqədə komandasını 2:1 önə keçirən qola imza atıb. Oyun isə 3:3 başa çatıb.