Başa çatmaqda olan 2019-cu il Azərbaycan millisi üçün uğursuz alınıb.
Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan ilin son FİFA reytinqi yığmamızın bir ildəki geriləməsinə aydınlıq gətirib.
Ötən ili dünyanın 107-cisi kimi başa vuran komanda bu dəfə 114-cü olub. Bu isə o deməkdir ki, yığmamız 12 ayda 7 pillə geriləyib.
Bu geriləmə artıq istefaya göndərilən baş məşqçi Nikola Yurçeviçin dövründəki nəticələrlə bağlıdır. Enişə əsasən də AVRO-2020-nin seçmə mərhələsindəki uğursuzluq səbəb olub. 8 matçdan yeddisində uduzan futbolçularımız tsikli cəmi bir xalla başa vurublar. Zəif rəqiblərə qarşı keçirilən iki yoxlama oyunundan yalnız birində qələbə qazanılması da komandanın mövqeyinə təsir edib.
Qeyd edək ki, 114-cü yer son 5 ildə üçüncü, son 10 ildə altıncı göstəricidir.
Millimiz ilin son FİFA reytinqində
|
il |
yer |
|
1994 |
147 |
|
1995 |
141 |
|
1996 |
125 |
|
1997 |
123 |
|
1998 |
99 |
|
1999 |
97 |
|
2000 |
115 |
|
2001 |
113 |
|
2002 |
113 |
|
2003 |
119 |
|
2004 |
113 |
|
2005 |
114 |
|
2006 |
125 |
|
2007 |
115 |
|
2008 |
134 |
|
2009 |
114 |
|
2010 |
98 |
|
2011 |
112 |
|
2012 |
118 |
|
2013 |
94 |
|
2014 |
135 |
|
2015 |
117 |
|
2016 |
90 |
|
2017 |
117 |
|
2018 |
107 |
|
2019 |
114 |