Nömrə seçimini etdi - Miralem Pyaniç
15.09.2020 - 16:00
Nömrə seçimini etdi - Miralem Pyaniç

İspaniyanın “Barselona” klubu yeni transferi Miralem Pyaniçi təqdim edib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisində geyinəcəyi forma nömrəsi də müəyyənləşib.

Yay fasiləsində əks cəbhəyə - “Yuvenus”a keçən Artur Ramosdan sonra boş qalan 8 nömrəli forma Bosniya və Herseqovina millisinin üzvünə verilib. Koronavirus infeksiyasından sağalan oyunçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Miralem Pyaniç “Barselona” ilə 4 illik müqavilə imzalayıb. Onun sərbəst qalma məbləği 400 milyon avrodur.