Rusiya futbol komandalarını boykot edənlər sırasına daha iki ölkə qatılıb.
Apasport.az saytının məlumatına görə, Norveç və Uels də Rusiya milliləri ilə oynamaqdan imtina edib.
Norveç Futbol Federasiyasının rəhbəri Terye Svendson Ukraynadakı vəziyyətə görə, bu ölkəni qınayıb: “Biz İsveç, Polşa və Çexiya ilə tam həmrəyik. Rusiya ilə oyun keçirmək tamamilə yersizdir”.
Uels Futbol Assosiasiyası da bənzər bəyanatlar çıxış edib: “Uels Futbol Assosiasiyası Ukraynada baş verən son hadisələrdən çox kədərlənir və sarsılır. Qərara gəldik ki, yaxın gələcəkdə Rusiya ilə heç bir turnirdə beynəlxalq səviyyədə oyun keçirməyək”.
Qeyd edək ki, bundan əvvəl İsveç, Polşa, Çexiya, İngiltərə və Albaniya yığmaları Rusiya millisi ilə oynamaqdan imtina edib.