Növbəti Konfransı keçiriləcək - AFFA-nın
11.01.2021 - 17:10
Növbəti Konfransı keçiriləcək - AFFA-nın

AFFA-nın növbəti Konfransının vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə,  tədbir yanvarın 29-da keçiriləcək. 

COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında baş tutacaq. Konfrans saat 11:00-da başlayacaq.