UEFA koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün taleyini aprelin 21-də və 23-də keçiriləcək toplantılarda müzakirə edəcək.
Apasport.az saytının məlumatına görə, sabah qurum rəhbərliyi təşkilata üzv olan milli assosiasiyaların baş katibləri ilə videokonfrans keçirəcək.
Tədbirdə dayandırılan liqaların nə vaxt və necə davam etdirilməsi ilə bağlı məsələlər, həmçinin mövcud vəziyyət müzakirə olunacaq, təhlillər aparılacaq, mümkün variantlar ətrafında fikir mübadiləsi gerçəkləşəcək.
Aprelin 23-də isə İcraiyyə Komitəsinin iclası baş tutacaq. Onlayn şəkildə təşkil olunacaq mərasimdə milli liqalar və avrokuboklarla bağlı müzakirələrə yer veriləcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək