Nuriyevin “Sumqayıt”a keçidi rəsmiləşdi
15.04.2022 - 14:25
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev karyerasını “Sumqayıt”da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, ukraynalı hücumçunun “Gənclik şəhəri” təmsilçisinə keçidi rəsmiləşib.
Artıq onun adı Premyer Liqada iştirak üçün sifariş vərəqinə əlavə olunub. 26 yaşlı oyunçu Ukraynadakı vəziyyət üzündən başqa kluba keçmək hüququndan yararlanıb. Anatoli mövsümün sonunadək Sumqayıtın eyniadlı təmsilçisində çıxış edəcək. Forvard yeni klubunda 91 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nuriyev bunadək vətənində “Kolos Kovalivka” klubunun şərəfini qoruyub.
0
0