“Arsenal”ın hücumçusu Pyerr-Emerik Obameyanq Avropada qalmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu qış transfer pəncərəsində “topçular”dan ayrılacağı təqdirdə, qitənin başqa komandasına keçməyi planlaşdırır.
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nasr” klubu onu mövsümün sonuna qədər icarəyə götürmək istəyir və keçid üçün londonlulara 8 milyon avro təklif edib. Lakin Qabon millisinin üzvü hələ də Avropanın nəhəng klublarında çıxış edəcək gücdə olduğunu düşünür.
Qeyd edək ki, dekabrda “Arsenal”da kapitanlığı əlindən alınan Obameyanq cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 4 qol, 1 assistlə yadda qalıb.