Oblak koronavirusa yoluxdu
25.01.2022 - 15:34
Oblak koronavirusa yoluxdu

“Atletiko”nun qapıçısı Yan Oblak koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu Madrid təmsilçisinin mətbuat xidməti açıqlayıb.

29 yaşlı sloveniyalı qolkiperin testi müsbət nəticələnib. Oblak karantinə alınıb.

Qeyd edək ki, 2014-cü ildən “Atletiko”nun formasını geyinən Oblak cari mövsüm 27 matç keçirib.