Ölkə kubokunda ilk
22.04.2022 - 11:26
Ölkə kubokunda ilk

Fransa kubokunda ilk qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, tarixdə ilk dəfə final matçına qadın hakim təyinat alıb.

Ölkə kubokunun həlledici görüşünü Stefani Frappar idarə edəcək. Bu oyunda “Nant”la “Nitsa” üz-üzə gələcək.

Qeyd edək ki, Frappar 3 il əvvəl UEFA Superkubokunun “Çelsi” – Liverpul” matçında da baş hakim olub.