Ölkə prezidenti baş məşqçini dəyişdi
01.03.2022 - 09:17
Ölkə prezidenti baş məşqçini dəyişdi

Riqober Sonq Kamerun millisinin baş məşqçisi təyin olunub.

Apasport.az saytının məlumatına görə, 45 yaşlı sabiq futbolçu portuqaliyalı Toni Konseysaonu əvəzləyib.

Maraqlıdır ki, bu dəyişiklik birbaşa Kamerun prezidenti Pol Biyanın göstərişi ilə baş tutub. Kamerunun idman naziri Narçiss Muel Kombi bildirib ki, ölkə başçısı Sonqu bu vəzifəyə layiq bilib.

Qeyd edək ki, Kamerun millisi DÇ-2022-nin pley-off mərhələsində Əlcəzairlə qarşılaşacaq.
 

0