Son 10 ilin ən yaxşı futbolçularının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Give me Sport” nəşrinin açıqladığı cədvələ İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi başçılıq edir.
2010-19-cu illərin ikinci ən yaxşı oyunçusu İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldodur. İlk “üçlüy”ü Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən ispaniyalı Andres İnyesta qapayır.
10 ən yaxşı futbolçu siyahısında Xavi (İspaniya), Neymar, Dani Alves (hər ikisi Braziliya), Luis Suares (Uruqvay), Serxio Ramos (İspaniya), Robert Levandovski (Polşa) və Luka Modriç (Xorvatiya) də yer alıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı