Onlar varsa, məğlubiyyət yoxdur – möhtəşəm cütlük
17.06.2021 - 13:31
AVRO-2020-nin favoritlərindən olan Fransa yığması ilə bağlı maraqlı fakt üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, Pol Poqba və Nqolo Kantenin eyni vaxtda start heyətində yer aldığı oyunlarda “üçrənglilər” uduzmayıb.
İndiyədək “xoruzlar”ın 28 matçında hər iki yarımmüdafiəçi ilk “11-lik”də yer alıb. Bu qarşılaşmalarda Fransa millisi 22 qələbə qazanıb və yalnız 6 dəfə heç-heçə edib.
Qeyd edək ki, bu mövsüm Kante bir “Çelsi” ilə Çempionlar Liqasını da qazanıb.
0
0