Oynayacağı komanda dəqiqləşdi – Əfran İsmayılovun
15.06.2021 - 12:17
Heyətində ciddi islahatlar aparan “Səbail” daha bir futbolçu ilə bağlı qərarını açıqlayıb.
Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Əfran İsmayılov qəsəbə təmsilçisində qalıb.
32 yaşlı hücumameyilli oyunçu başa çatan müqavilə müddətini daha bir il uzadıb. Milli komandamızın sabiq üzvü 2021/22 mövsümünü də qəsəbə təmsilçisində keçirəcək.
Qeyd edək ki, yay fasiləsində 7 futbolçu ilə yollarını ayıran “Səbail” baş məşqçi Aftandil Hacıyev, həmçinin Elxan Əhmədov, Şahin Zəkiyev və Ədilxan Qarəhmədovla yeni saziş imzalayıb.
0
0