Oyun yenidən keçirilsin - FIFA-ya şikayət
31.03.2022 - 11:22
Oyun yenidən keçirilsin - FIFA-ya şikayət

Əlcəzair Futbol Federasiyası yığma komandanın DÇ-2022-nin pley-off mərhələsində Kamerunla cavab matçının yenidən keçirilməsini istəyir.

Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, federasiya bununla bağlı FIFA-ya rəsmi müraciət edəcək.

Kamerun əlavə vaxtda vurduğu qol sayəsində 2:1 hesabı ilə qalib gələrək mundiala vəsiqə qazanıb. Əlcəzairlilər həmin qarşılaşmada hakim səhvlərinin həlledici olduğunu hesab edir. Bu üzdən bir neçə saat ərzində FIFA-ya tələblərini göndərəcəklər.

Ancaq bu şikayətin təmin olunma ehtimalı azdır. Çünki artıq sabah dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.