Oyunu yarımçıq tərk etdi – Almaniya yığması
17.07.2021 - 16:32
Almaniya və Honduras olimpiya yığmaları arasında qarşılaşma xoşagəlməz hadisə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, yoxlama oyununun sonuna 5 dəqiqə qalmış Bundestim meydanı tərk edib.
Yaponiyanın Vakayama şəhərində keçirilən matçda həmin vaxtda hesab 1:1 olub. Azarkeşsiz keçirilən görüşün dayandırılmasına səbəb irqçiliklə üzləşməsidir. Rəqib oyunçulardan birini müdafiəçi Cordan Torunariqini irqçi ifadələrlə təhqir edib.
0
0