Özbəkistan yığmasının futbolçusu “Keşlə”də - RƏSMİ
11.12.2019 - 12:16
Özbəkistan yığmasının futbolçusu “Keşlə”də - RƏSMİ

Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Şohruh Qadoyev karyerasını paytaxt təmsilçisində davam etdirəcək.

Bakılılar Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunedkor" klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.