"Qarabağ" və "Qəbələ"nin sabiq futbolçuları Leroy Corcla Lorenzo Ebesilio karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, ölkəmizdən ayrıldıqdan sonra klubları əlcək kimi dəyişən hər iki niderlandlı hücumameyilli yarımmüdafiəçi özlərinə yeni komanda axtarışına çıxıblar.
Son klubu "Yubilo İvata"dan (Yaponiya) fevralda ayrılan 29 yaşlı Ebesilio həmin vaxtdan klubsuzdur. 33 yaşlı Corc isə "Baniyas"dan (Birləşmiş Ərəb Əmirlikləri) ötən il gedib və artıq bir ilə yaxındır işsizdir.
Hər iki futbolçu karyerasını bərpa etmək niyyətindədir və bununla bağlı menecerlərinə tapşırıq veriblər. Başda ölkələri Niderland olmaqla, yüksək liqa təmsilçilərinə lazımsız oyunçuların menecerləri onların xidmətini bir neçə ölkə klubuna təklif ediblər. Onlar arasında Azərbaycan Premyer Liqası və Türkiyə I liqası da var.
Qeyd edək ki, Lorenzo Ebesilio 2013/14 mövsümündə "Qəbələ"də, Leroy Corc isə 2013-2015-ci illərdə "Qarabağ"da çıxış edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı