Özünə klub tapdı – millinin qapıçısı
22.07.2021 - 16:46
Uels millisinin qapıçısı Ueyn Hennessi özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı qolkiper İngiltərə təmsilçisi “Bernli”də çıxış edəcək.
O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Hennessi yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Ueyn 2014-cü ilin yanvarından 2021-ci ilin yayına qədər İngiltərənin digər klubu “Kristal Pelas”ın formasını geyinib.
0
0