Özünə komanda tapdı - Səlahət Ağayev
14.06.2021 - 12:27
“Sabah” yay fasiləsində ikinci transferini açıqlayıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Elvin Camalovdan sonra Səlahət Ağayev də Bakı təmsilçisi ilə müqavilə bağlayıb.
“Neftçi”dən yenicə ayrılan 30 yaşlı qolkiper “Sabah”la 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi”nin (2017-2021) formasını geyinən Səlahət Ağayev 19 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.
0
0