Özünə komanda tapdı – Karius
27.09.2020 - 13:12
Özünə komanda tapdı – Karius

İngiltərənin “Liverpul” klubunun qapıçısı Loris Kariusun yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı əlcək sahibi karyerasını Almaniyada davam etdirəcək.

Karius “Union” klubuna icarəyə veriləcək. Berlin təmsilçisi Lorisi bir mövsümlük sıralarına qatacaq.

Qeyd edək ki, Karius ötən mövsümdə Türkiyənin “Beşiktaş” klubunda 32 oyun keçirib.