PSJ “Barselona” ilə anlaşa bilmədi – Dembeleyə görə
31.01.2022 - 11:49
Fransanın PSJ klubu Usman Dembelenin transferini razılaşdıra bilməyib.
Apasport.az saytının məlumatına görə, parislilər vingerin müqavilə ilə məxsus olduğu “Barselona” ilə ortaq məxrəcə gəlməyib.
Tərəflər futbolçunun qış transfer pəncərəsindəki keçidi barədə danışıqlar aparsalar da, müsbət nəticə əldə olunmayıb. Tərəflərin əsasən maliyyə şərtlərində razılaşmadığı bildirilir.
Qeyd edək ki, Dembele müqaviləni uzatmaqdan imtina etdiyi üçün İspaniya klubu onu satmağa qərar verib.
0
0