"Yuventus"un hücumçusu Paulo Dibala PSJ-nin maraq dairəsinə düşüb.
Apasport-un məlumatına görə, Fransa klubu 26 yaşlı argentinalıya Neymarın əvəzləyicisi gözü ilə baxır.
Braziliyalının gələn yay Fransa çempionunu tərk edərək "Barselona"ya üz tutacağı gözlənilir. PSJ Dibalanın transferi üçün 90 milyon avro ödəməyə hazırdır.
Yayda Avropanın bir çox aparıcı futbol klubları Dibalanın transferinə maraq göstərsə də, keçid baş tutmayıb. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilə qədər etibarlıdır. Dibala A seriyasında bu mövsüm meydanda olduğu 10 oyunda 3 qol vurub və 3 məhsullar ötürmə verib.