Fransanın PSJ klubu uruqvaylı hücumçusu Edinson Kavanini satmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, parislilər İspaniya “Atletiko”sunun təklifi ilə razılaşmayıb.
Madrid klubu təcrübəli forvard üçün 10 milyon avro təklif edib. Bu isə PSJ rəhbərliyini qane etməyib. Həm də fransalılar Kavaniyə Çempionlar Liqasının pley-off oyunlarında güvənmək fikrindədirlər.
32 yaşlı cənubi amerikalının müqaviləsi bu ilin yayında başa çatacaq. Əgər PSJ qışda onu satmasa, futbolçu azad agent kimi klubdan ayrıla biləcək.
Qeyd edək ki, Edinson 2013-cü ilin yayından PSJ-nin formasını geyinir.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək