PSJ Mbappeyə vaxt verdi
23.02.2022 - 20:46
PSJ Mbappeyə vaxt verdi

PSJ Kilian Mbappe ilə bağlı qeyri-müəyyənliyə son qoyulacaq tarixi müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Fransa klubunun rəhbərliyi hücumçuya müqaviləni uzadıb-uzatmaması ilə bağlı vaxt verib.

Kilian martın 15-dək yekun qərarını verməlidir. Parislilər forvardın qalacağı və ya “Real”a keçəcəyini dəqiqləşdirməsini istəyir ki, öz yay transfer planlarını buna uyğunlaşdırsın.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.