PSJ-də baş məşqçidən narazılıq
16.04.2022 - 14:46
PSJ-də baş məşqçidən narazılıq

PSJ-nin futbolçuları baş məşqçi Maurisio Poçettinodan narazıdır.

Apasport.az saytının məlumatına görə, oyunçular argentinalı mütəxəssisin Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la cavab oyunundakı (1:3) qərarlarından məyusdur.

Onlar hesab edirlər ki, çalışdırıcı həddən artıq passiv davranıb. Həmçinin Poçettino özü də PSJ-dəki durumundan narahatdır. “Tottenhem”in sabiq çalışdırıcısı yenidən İngiltərə Premyer Liqasında çalışmaq arzusundadır.

Qeyd edək ki, ötən ilin yanvarından PSJ-yə rəhbərlik edən Maurisio Poçettinonun müqavilə müddəti gələn mövsümün sonuna qədərdir.