PSJ danışıqlara başladı - Reşfordla
30.01.2022 - 00:01
PSJ danışıqlara başladı - Reşfordla

“Mançester Yunayted”in futbolçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu PSJ-nin hədəfindədir.

Parislilər Reşfordla danışıqlara başlayıb. Liqa1 təmsilçisi Kilian Mbappe komandadan ayrılandan sonra Markusu ön xətdə görmək istəyir.

“Mançester Yunayted”in yetirməsi olan forvard da keçiddə maraqlıdır. O, cari mövsümün 13 oyununda 4 qola imza atıb.

Qeyd edək ki, Reşfordun transfer qiyməti 85 milyon avro ilə dəyərləndirilir.