PSJ-dən 50 milyonluq müqavilə
14.04.2022 - 14:42
PSJ-dən 50 milyonluq müqavilə

PSJ yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu “GOAT” idman ayaqqabılarının onlayn satışı platforması ilə anlaşıb.

Üçillik əməkdaşlıq Paris təmsilçisinə 50 milyon dollar qazandıracaq. Yeni tərəfdaşın adı klubun idman geyiminin qolunda da əks olunacaq. PSJ “GOAT”da öz mağazası olan ilk klubdur.

Qeyd edək ki, bu platformada nadir və kolleksiya xarakterli idman ayaqqabıları da əldə etmək olar.