PSJ-dən 70 milyonluq təklif
15.03.2022 - 13:44
PSJ-dən 70 milyonluq təklif

PSJ “Milan”ın hücumçusu Rafael Leau ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Fransa klubu 23 yaşlı forvardın transferi üçün qarşı tərəflə danışıqlara başlayıb.

Parislilər ilk olaraq Portuqaliya millisinin üzvü müqabilində “rossonyerlər”ə 70 milyon avro, oyunçunun özünə isə illik 6 milyon avro maaş təklif edib. İtaliya klubu futbolçusunu yayda satmaq istəməsə də, yekun qərarını hələ bildirməyib.

Qeyd edək ki, Rafael Leau bu mövsüm A seriyasında 25 oyun keçirib, 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.