PSJ-dən gedir
26.04.2022 - 17:56
PSJ-dən gedir

PSJ-nin futbolçusu Yulian Draksler yay transfer pəncərəsində klubunu dəyişməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirə bilər.

Onun xidmətində “Sevilya” maraqlıdır. 28 yaşlı futbolçu Almaniyadan da bir neçə təklif alıb.

Yulian 2017-ci ildən Paris klubunun formasını geyinir. O, Fransa təmsilçisinə “Volfsburq”dan 36 milyon avroya keçib.

Yarımmüdafiəçinin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Lakin Yulian anlaşmanın sonunadək Fransada qalmaq fikrində deyil.

Qeyd edək ki, Draksler cari mövsümün 24 matçında 2 qol vurub.