PSJ “İnter”in müdafiəçisi Əşrəf Hakiminin transferini tamamlamağa yaxındır.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu parislilərlə müqavilənin şərtlərini razılaşdırıb.
Anlaşmaya əsasən, Mərakeş millisinin üzvü Fransa təmsilçisində illik maaşı 8 milyon avro təşkil edəcək. Hakimi həmçinin 2 milyon avroluq bonus da qazanacaq. PSJ ilə 5 illik müqavilə imzalaması gözlənilən Hakiminin keçidindən “İnter” təxminən 70 milyon avro büdcəsinə əlavə edəcək.
Qeyd edək ki, Əşrəf Hakimi “İnter”lə çempion olduğu ötən mövsümdə A seriyasında 37 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə verib.