PSJ-ni “Yuventus”a dəyişə bilər - qapıçısı
07.09.2021 - 16:51
PSJ-nin qapıçısı Keylor Navas komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiperin “Yuventus”a keçmək variantı yaranıb.
Canluici Donnarumma uğrunda mübarizədə PSJ-yə uduzan “qoca sinyora” Paris təmsilçisində ehtiyata düşmək riski yaşayan Navasla qapı xəttindəki problemi yoluna qoymağa çalışır. Turinlilər qış fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Keylor Navasın PSJ ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
0
0