PSJ-nin baş məşqçisi postuna 10 namizəd
15.03.2022 - 00:00
PSJ yeni baş məşqçi axtarışına başlayıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Fransa təmsilçisi mövsümün sonunda Maurisio Poçettino ilə vidalaşacaq.
Paris klubu bu vəzifəyə namizədləri müəyyənləşdirib. Liqa1 təmsilçisi 10 baş məşqçini nəzərdən keçirir.
Onlardan ikisi – Zinəddin Zidanla Lüsyen Favr hazırda işsizdir. Digər namizədlər Dieqo Simeone (“Atletiko”), Massimiliano Alleqri (“Yuventus”), Antonio Konte (“Tottenhem”), Erik Ten Haq (“Ayaks”), Kristof Qaltye (“Nitsa”), Mikel Arteta (“Arsenal”), Simone İnzaqi (“İnter”) və Tyaqo Mottadır (“Spetsiya”).
0
0