PSJ-nin futbolçusu “İnter”ə keçməkdən imtina etdi
13.01.2020 - 12:06
PSJ-nin futbolçusu “İnter”ə keçməkdən imtina etdi

Fransanın PSJ klubunun futbolçusu Leyvin Kurzavanın İtaliya “İnter”inə keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna fransalı müdafiəçinin qərarı səbəb olub.

PSJ ilə müqaviləsi yayda başa çatacaq futbolçu karyerasını A seriyasında davam etdirməkdən imtina edib. Milanlıların L.Kurzavanı mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyi reallaşmayıb. Hərçənd “İnter” rəhbərliyi ona cəlbedici təklif göndərib. Lakin 27 yaşlı futbolçunun keçidində israrlı olan italiyalılar onu fikrindən daşındırmaq üçün sonadək çalışmaq niyyətindədirlər. 

Qeyd edək ki, L.Kurzava 2015-ci ildən şərəfini qoruduğu PSJ-yə qədər yetirməsi olduğu “Monako”da oynayıb.