PSJ-nin qapıçısını alır – “Beşiktaş”
19.07.2021 - 10:07
PSJ-nin qapıçısını alır – “Beşiktaş”

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi qapıçı ilə güclənməyi planlaşdırır.

“Ağ-qaralar” Fransanın PSJ klubunun qolkieperi Serxio Riko ilə maraqlanır. 27 yaşlı ispaniyalı qapıçı komandadan gedəcəyi gözlənilən Ersin Destanoğlunu əvəzləməlidir.